Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan Bankı Yuventus ilə əməkdaşlığa başlayır
Azərbaycan Beynəlxalq Bankı dünyanın ən məşhur futbol klublarından olan "Yuventus"la əməkdaşlığa başlayır. Sportfm.az-ın məlumatına görə, bu barədə bankın rəsmi saytı xəbər yayıb. İtaliya çempionu olan bu klubla müvafiq saziş çərçivəsində bir sıra birgə tədbirlər həyata keçiriləcək. "İnter Arena"nın bazasında "Yuventus" Futbol Akademiyası yaradılacaq. Belə bir akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və "İnter" Futbol Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir.
Eyni zamanda, əməkdaşlıq çərçivəsində bank reklam və təbliğat məqsədilə "Yuventus" brendindən istifadə edə, öz loqotipini və reklam bannerlərini klubun rəsmi internet səhifəsində yerləşdirə biləcək.
Oxşar xəbərlər
“Zirə” “Rubin” və “Alanyaspor”la əməkdaşlığa başlayır
Dibala “Yuventus”dan ayrıldı - RƏSMİ
Beynəlxalq Bank "İnter"ə sponsorluğu dayandırdı
İtaliya millisinin üzvü "Yuventus"la müqavilə imzaladı
“İnter” rəhbərliyində dəyişiklik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası