Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dieqo Maradona FİFA-dan üzr istədi
Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona DÇ-2018-in hakimləri haqda işlətdiyi ifadələrə görə üzrxahlıq edib.
Sportfm.az xəbər verir ki, veteran hücumçu şəxsi İnstaqram vasitəsilə FİFA-dan üzr istədiyini yazıb:
“Bugünlərdə hakimlərə 1-2 söz atmışam. Etiraf edirəm ki, onlardan bəziləri düzgün qəbul olunmayıb. FİFA və onun prezidentindən üzr istəyirəm. Bəzən mən hakimlərin qərarı ilə razılaşmaya bilərəm, ancaq onların işinə hörmət edirəm”.
Qeyd edək ki, Maradona 1/8 finalda İngiltərə ilə oyunda görüşün baş hakimi Mark Qeyqerin Kolumbiya millisinin qapısına təyin etdiyi penalti qərarını sərt tənqid etmiş, onu oğru adlandırıb. FİFA isə onun bu hərəkətini pisləyib. (qol.az)
Oxşar xəbərlər
Maradonanı təhqir edən KİV-lər məhkəməyə verildi
Maradonanın adı əbədiləşdirildi - Dieqo Armando Maradona kuboku olacaq
Dieqo Maradona dünyasını dəyişdi - 60 yaşında
Maradona FIFA-nı tənqid etdi
Maradona: "Messi lider olmaq istəmir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası