reklam
Maradona FIFA-nı tənqid etdi
Sportfm.az xəbər saytı

Maradona FIFA-nı tənqid etdi


Argentina milli komandasının əfsanəvi futbolçusu Dieqo Maradona FIFA rəhbərliyini tənqid edib.

Sportfm.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Canni İnfantinonun rəhbərliyi altında qurumun işində müsbət dəyişikliyin olmadığını söyləyib.

O həmçinin təşkilatın prezidentinə məktub göndərərək FIFA əfsanələrinin kapitanlığından istefa verdiyini bildirib: "Yozef Blatter və Xulio Qrondona (FIFA-nın sabiq vitse-prezidenti və Argentina Futbol Federasiyasının sabiq prezidenti) ayrıldıqdan sonra təşkilat dəyişməyib. Məni Marko van Basten və başqa bir oyunçu ilə birlikdə otel otağına apardılar. Onlar bizimlə qidalanmağa ehtiyacı olan balaca it kimi davrandılar. Bu, bizə qarşı olan bir hörmətsizlik idi. Buna görə əməkdaşlığı pozmağa qərar verdim. İndi FIFA haqqında bildiklərini ifşa etməyə başlayacağam".

Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatı başa çatdıqdan sonra FIFA Maradona ilə əməkdaşlığı dayandırıb. O, hazırda Meksikanın "Dorados" komandasının baş məşqçisidir.

Oxşar xəbərlər

Yozef Blatter koronavirusdan sağaldı
FİFA-nın keçmiş prezidenti barəsində araşdırma başladı
Blatter Canni İnfantinonu tənqid etdi - "Futbolu nəhəng pul maşınına çevirmək istəyir"
Blatter FIFA prezidentini məhkəməyə verəcək
Dieqo Maradona FİFA-dan üzr istədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər