reklam
Yığmamıza qarşı meydana çıxacaq futbolçu
Sportfm.az xəbər saytı

Yığmamıza qarşı meydana çıxacaq futbolçu "Latsio"da


“Latsio” heyətini iki yeni futbolçu ilə gücləndirib. 

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi “Zaltsburq”da çıxış edən yarımmüdafiəçi Valon Berişanı transfer edib. 

Vaxtilə Norveç yığmasında oynayan bu futbolçu hazırda Avropa Millətlər Liqasında Azərbaycan millisi ilə bir qrupda yer alan Kosovonun şərəfini qoruyur. 2012-ci ildən Avstriya klubunda top qovan Berişa “Latsio” ilə 5 illik müqavilə bağlayıb. 

25 yaşlı yarımmüdafiəçinin İtaliya klubuna keçidinin 7,5 milyon avroya başa gəldiyi bildirilir. Kosovolu futbolçu geridə qalan mövsümdə “Zaltsburq”un heyətində 45 oyuna çıxıb, 13 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. 

“Latsio”nun digər transferi isə belçikalı qapıçı Silvio Protodu. 35 yaşlı qolkiper Yunanıstanın “Olimpiakos” klubundan transfer edilib. 

Belçika yığmasının sabiq üzvü ilə müqavilənin detalları açıqlanmır. Amma o, böyük ehtimalla ehtiyat qapıçı kimi alınıb.

Oxşar xəbərlər

Adlı-sanlı klub diviziondan oyunçu aldı
Flavio Trabzondan getdi - İcarəyə
Ozan Kabak yeni klubda - Reallaşdı
"Tuluza"nın futbolçusu "Sivasspor"da - Transfer
Yay transfer pəncərəsinin ən bahalı transferi reallaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər