Yay transfer pəncərəsinin ən bahalı transferi reallaşdı
İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Hazard İspaniyanın “Real Madrid” klubuna transfer olub.
Sportfm.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə beşillik müqavilə imzalanıb.
Bildirilir ki, 28 yaşlı cinah hücumçusu tezliklə tibbi müayinədən keçəcək. Sözləşmə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin “Real Madrid”ə 100 milyon avroya başa gəldiyi yazılıb.
E.Hazar 2018/2019-cu illər mövsümündə İngiltərə Premyer Liqasında 37 oyuna 16 qol vurub və 15 məhsuldar ötürmə edib. O, “Çelsi”nin Bakıda “Arsenal”ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında isə “dubl” edib.
Peşəkar karyerasına 2007-ci ildə Fransanın “Lill” klubundan başlayan Eden Hazard 2012-ci ildə “Çelsi”yə keçib. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.
Oxşar xəbərlər
"Real" Hazardı satır - 50 milyona
100 milyonluq futbolçu dünyanın 1 nömrəli matçında meydanda olmayacaq!
Hazard türk klubunun formasını geyinəcək - ŞOK AÇIQLAMA
Belçikalı ünvanını dəyişir
"Səbail" ulduz futbolçunu transfer edir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası