Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ramil Qasımov Azərbaycana Rioda ilk qızıl medalını qazandırdı
Braziliyanın Rio-de-Janeyro şəhərində XV Paralimpiya Oyunları davam edir. Sportfm.az xəbər verir ki, mötəbər turnirdə Azərbaycan millisi ilk qızıl medalını qazanıb. 73 kq çəki fərəcəsində ölkəmizi təmsil edən Ramil Qasımov ilk görüşündə kubalı Xerardo Rodriqesə qalib gəlib. Yarımfinalda Almaniya cüdoçusu Nikolay Konrhassı da məğlub edən idmançımız finala yüksəlib. Həlledici görüşdəki rəqib isə rəqibi ukraynalı Dmitri Solovyov olub. Bu görüşdə də inamlı qələbəyə sevinən cüdoçumuz Rioda Azərbaycana ilk qızıl medalı qazandırıb.
81 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Səfərov ilk görüşündə belaruslu Aleksandr Kozlova ipponla qalib gəlib. 1/4 finalda isə Ukrayna təmsilçisi Aleksandr Kosinovaya uduzub. Buna baxmayaraq, Səfərov təsəlliverici görüşdə qüvvəsini sınayıb. Argentinalı Xose Effrondan üstün olan idmançımız britaniyalı Conatan Dreynlə bürünc medal uğrunda görüşdə də qalib gələrək Rioda Azərbaycana ilk bürünc medalı qazandırıb.
57 kq çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Səbinə Abdullayeva startda qarşılaşdığı yaponiyalı Yunko Xirose ilə görüşdə məğlub olub. O, təsəlliverici görüşdə çinli Li Jinq Vanqla da uduzaraq mübarizəni dayandırmalı olub.
Oxşar xəbərlər
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb
Mustafayev Azərbaycana Rio Paralimpiadasında ilk medalı qazandırdı
Rio-2016: Elmar Qasımov finalda "ippon"a düşdü
Rio-2016: Rüstəm Orucov Azərbaycana ilk medalı qazandırdı
“Böyük Dəbilqə”nin ilk günündə 2 medal qazandıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yenə futbol yığmamız, yenə böyük hesablı məğlubiyyət - bu dəfə 0:9
-
Avtobusda yaşayan "klub" - GÜNAH KİMDƏ OLACAQ?
-
Sevinc Cəfərzadənin durumuna aydınlıq gəldi
-
ÇL-də son yarımfinalçılar məlum olur
-
Bölgə-bölgə gəzən Premyer Liqa klubu bu dəfə Ağsuya köçür - ÖZƏL
-
Əvəzedicilər Liqası - AFFA-nın "boğazında qalan tikə"















Misli Premyer Liqası