reklam
Rio-2016: Uşanqi Kokauri mübarizəni dayandırdı
Sportfm.az xəbər saytı

Rio-2016: Uşanqi Kokauri mübarizəni dayandırdı


Bu gün Rio-de-Janeyro Olimpiadasında cüdo yarışlarına yekun vurulur. Sportfm.az xəbər verir ki, bu gün daha bir Azərbaycan cüdoçusu tatami üzərinə çıxır. +100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri mübarizəyə qoşulub. Kokauri ilk rəqibi latviyalı Arturs Nikiforenkonu ipponla məğlub. Lakin güclü rəqibi yaponiyalı Hisayoşi Harasaşa məğlub olaraq mübarizəni dayandırıb. Bununla da cüdoçularımız Riodakı çıxışını yekunlaşdırıblar.

Qeyd edək ki, Rio olimpiadasında cüdoçumuz Rüstəm Orucov (73 kq) və Elmar Qaımov (100 kq) gümüş medal qazanıb. Orxan Səfərov (60 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci olub. Nicat Şıxəlizadə (66 kq) isə ikinci görüşündə məğlubiyyətə üzülüb.
 

Oxşar xəbərlər

Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu
Rio-2016: Rüstəm Orucov Azərbaycana ilk medalı qazandırdı
Rio-2016: Nicat Şıxəlizadə mübarizəni dayandırdı
Rio-2016: Orxan Səfərov medalsız qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər