Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio-2016: Nicat Şıxəlizadə mübarizəni dayandırdı
Rio-de-Janeyro Olimpiadasında cüdo yarışları davam edir. Sportfm.az xəbər verir ki, bu gün daha bir Azərbaycan cüdoçusu tatami üzərinə çıxacaq. 66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə mübarizəyə qoşulur. Cüdoçumuzun ilk rəqibi ispaniyalı Suqoi Uriartedir. Həmyerlimiz rəqibinə yuko xalı ilə qalib gələrək 1/8 finala adlayıb. Təmsilçimizin bu mərhələdəki rəqibi italiyalı Fabio Bazile olub. Gənc rəqibi qarşısında uğursuz çıxış edən Nicat ipponla məğlub olaraq yarışı başa vurub.
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.
Oxşar xəbərlər
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Rio-2016: Uşanqi Kokauri mübarizəni dayandırdı
Rio-2016: Elmar Qasımov finalda "ippon"a düşdü
Rio-2016: Rüstəm Orucov Azərbaycana ilk medalı qazandırdı
Rio-2016: Orxan Səfərov medalsız qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası