Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gənc qapıçı İtaliya klublarının hədəfində
Fransa Liqasında mübarizə aparan "Tuluza"nın qapıçısı Alban Lyafon 2 İtaliya klubunun maraq dairəsinə düşüb.
Sportfm.az xəbər verir ki, söhbət "Napoli" və "Roma"dan gedir. 19 yaşlı qolkiperin hazırki klubu ilə müqaviləsi 2020-ci ilin yayına kimi qüvvədədir. Onun transfer qiyməti 10 milyon avro göstərilir. Məlumdur ki, "Napoli"nin qapıçısı Pepe Reyna yayda "Milan"a keçəcək. Neapol təmsilçisi onun əvəzinə Lyafonun namizədliyini düşünür. "Roma" isə Alison Bekeri "Liverpul"a satsa, qapıçıya ehtiyacı olacaq. Lyafonla daha öncə Roma şəhərinin digər klubu "Latsio" və "Arsenal" da maraqlanırdı.
Oxşar xəbərlər
Reynanın transferi açıqlandı - “Latsio”dan 2 illik müqavilə
Türk qapıçı Fransa klubunun hədəfində - FOTO
"Qarabağ" daha bir italiyalı qapıçıya təklif göndərdi - FOTO
Türkiyəli qapıçı Milana yollanır?
"Manchester United"in qapıçısı PSG-nin maraq dairəsində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası