3 qat dünya çempionu olan azərbaycanlı idmançı Ərdoğanın qələbəsinə görə görün nə etdi? -FOTO
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbə qazanması münasibətilə qurbanlıq kəsib.
Sportfm.az xəbər verir ki, bu barədə publika.az-a vitse-prezident özü məlumat verib.
Gəncliyindən Ərdoğanın pərəstişkarı olduğunu deyən G.Cabbarov sözlərinə bunları əlavə edib: “Onun fəaliyyətini izləyirəm. Mərd, cəsur siyasətçidir. Beynəlxalq arenada müsəlman, türk dünyasının maraqlarını qoruyur. Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət ayırır. Cənab Prezident İlham Əliyevin onu ilk təbrik etməsi qardaşlığımızın təcəssümünü, birliyini göstərir. Allah hər iki lideri qorusun”.
Qeyd edək ki, G.Cabbarov kikboks üzrə 3 dəfə dünya çempionu olub.

Oxşar xəbərlər
Prezident "Qalatasaray"ı qəbul etdi - FOTO
Azərbaycanda federasiyaya yeni vitse-prezident təyin olundu
Zabit Səmədov Bakıda idman zalı açdı - FOTO
İdman adına rəzalət: Saxta dünya çempionları peyda olub
Təhsil naziri federasiya prezidenti seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası