“Qəbələ” komandası ilk yoxlama oyununa çıxdı
Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” komandası ilk yoxlama oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, "Qəbələ”nin rəqibi Albaniyanın "Kukesi” klubu olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 79-cu dəqiqədə Stiven Jozef-Monroz açıb. Lakin "qırmızı-qaralar" oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə qələbəni əldən veriblər: Albaniya təmsilçisi bərabərlik qolunu vuraraq, məğlubiyyətdən xilas olub.
Qeyd edək ki, "Kukesi" 2017-2018-ci il mövsümünü vitse-çempion kimi başa vurub. Lakin çempion "Skenderbeu" danışılmış oyunlarda iştirak faktı ilə əlaqədar avrokuboklardan kənarlaşdırıldığından, Çempionlar Liqasına "ağ-göylər" yüksəlib. Bu klub I təsnifat mərhələsində Malta "Valletta"sını üstələməyi bacarsa, növbəti mərhələdə "Qarabağ"a rəqib ola bilər. Amma bunun üçün Azərbaycan təmsilçisi də Sloveniya "Olimpiya"sını keçməlidir.
Digər tərəfdən, hazırda "qırmızı-qaralar"ın heyətində yer alan Rauf Əliyev ötən mövsümün ilk yarısını məhz "Kukesi"də keçirib.
Oxşar xəbərlər
"Qəbələ" yenə məğlub oldu
"Qəbələ" Polşanın 9-cu komandasına qarşı
"Qəbələ" və "Dinamo" üz-üzə
"Qəbələ" Albaniya klubu ilə bərabərə qaldı
Rauf Əliyev Albaniyada fərqləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası