reklam
Rio-2016: Orxan Səfərov medalsız qaldı
Sportfm.az xəbər saytı

Rio-2016: Orxan Səfərov medalsız qaldı


 
Rio-de-Janeyro Olimpiadasında cüdo yarışlarına start verilir. Sportfm.az xəbər verir ki, oyunların 2-ci günündə cüdo üzrə Azərbaycan milli komandası bir idmançı ilə təmsil olunacaq. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov ilk görüşündə Peru cüdoçusu Xuan Postiqos üzərində ipponla qələbə qazanıb. Səfərov Qırğızıstan təmsilçisi Otar Bestayevə də ipponla qalib gələrək 1/4 finala adlayıb. 1/4 finalda braziliyalı Felipe Kitadaini də ipponla məğlub edərək yarımfinala yüksəlib. Lakin qazaxıstanlı Yeldos Smetova məğlub olaraq bürünc medal uğrunda görüşə çıxıb. Səfərovun Yaponiya idmançısı Naohisa Takatoya uduzuraq medal qazanmaq şansını əldən verib.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.
 

Oxşar xəbərlər

Ramil Qasımov Azərbaycana Rioda ilk qızıl medalını qazandırdı
Rio-2016: Uşanqi Kokauri mübarizəni dayandırdı
Rio-2016: Elmar Qasımov finalda "ippon"a düşdü
Rio-2016: Rüstəm Orucov Azərbaycana ilk medalı qazandırdı
Rio-2016: Nicat Şıxəlizadə mübarizəni dayandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər