reklam
Hafiz Hacıyev Qlazqoda adından söz etdirdi
Sportfm.az xəbər saytı

Hafiz Hacıyev Qlazqoda adından söz etdirdi


Böyük Britaniyanın Qlazqo şəhərində usta cüdoçular arasında Avropa çempionatı keçirilir. 

Sportfm.az xəbər verir ki, yarışın ilk 2 günü Azərbaycan yığması üçün uğurlu alınıb. Belə ki, veteran cüdoçularımızdan 8-i fəxri kürsüyə qalxıb. Onlardan Fərhad Rəcəbli (90 kq) növbəti dəfə Avropa çempionu tituluna yiyələnib. Digər təmsilçilərimizdən Babək Hacıyev (60 kq), Vüqar Budaqov (73 kq), Rüfət İsmayılov (81 kq), Azər Əsgərov, Yaman Fətiyev, Hafiz Hacıyev ( hər üçü 100 kq) və Məhəmməd Müslimzadə (+100 kq) müxtəlif yaş qruplarında 3-cü yeri tutublar. 

Qeyd edək ki, komandamız səfərə 37 cüdoçu ilə yollanıb. Sabah başa çatacaq Avropa çempionatına isə 35 ölkənin 1191 cüdoçusu qatılıb.

Oxşar xəbərlər

Usta cüdoçularımızdan 15 medal - Dünya çempionatı
Veteran cüdoçularımız dünya çempionatında iştirak edəcək
Veteran cüdoçu yeddiqat Avropa çempionu oldu
Veteran cüdoçumuz 8 qat dünya çempionu oldu
Şotlandiyadan 14 medalla

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər