Dünya Çempionatında terror təhlükəsi var? -ABŞ xəbərdarlıq etdi
ABŞ Dövlət Departamenti DÇ-2018-in oyunlarını izləmək üçün Rusiyaya yollanan vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Sportfm.az xəbər verir ki, bununla əlaqədar yayımlanan bəyanatda bu səviyyədə beynəlxalq tədbirlərin terrorçular üçün cəlbedici hədəf olduğu bildirilib:
"Dünya çempionatı zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, terrorçular stadion, fan-zona, vağzal və digər ictimai yerlərə hücumlar təşkil edə bilərlər".
Bundan əlavə, ABŞ vətəndaşlarının Rusiyada hüquq-mühafizə orqanları və və digər vəzifəli şəxslər tərəfindən kələk və şantaja məruz qala biləcəkləri ehtimalının olduğu da xatırladılıb.
Qeyd edək ki, ABŞ millisi 14 iyun - 15 iyulda Rusiyada təşkil ediləcək dünya çempionatına vəsiqə qazanmayıb. Lakin əcnəbilər arasında mundila ən çox bileti məhz ABŞ vətəndaşları əldə ediblər - 86 min.
Oxşar xəbərlər
Bakıya 40-dan çox çarter reysi təşkil olunacaq
AFFA və AZAL birlikdə fəaliyyət göstərəcək
Terrorçuların "Kamp Nou"nu partlatmaq planı ortaya çıxdı
İŞİD Ronaldo və Messinin “başını kəsdi” - FOTO
Rio-2016: Terror aktı hazırlayanlar həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası














Misli Premyer Liqası