"İddialı qrupa düşdük" -Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının püşkü barədə fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, mütəxəssis G qrupundakı rəqibləri "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant"ın (Fransa) güclü komandalar olduqlarını bildirib:
"İddialı bir qrupa düşdük. Görünür ki, hər bir komandanı çox böyük şansı olacaq. "Frayburq", "Nant" ilk "5-lik" ölkələrinin komandalarıdır. "Olimpiakos" isə bütün illər boyu həmişə iddialı olub. Rəqiblərlə qısa müddət ərzində yaxından tanış olacağıq. Çalışacağıq ki, onları maksimum yaxından tanıyaq. Rəqiblərə qarşı düzgün hazırlaşmağa çalışacağıq. Həmişə dediyim kimi, əgər yaxşı nəticə qazanmaq şansımız varsa, bundan maksimum yararlanacağıq. Bizi maraqlı oyunlar gözləyir. Çünki hər bir rəqibin öz oyun üslubu var. Futbolçularımla birlikdə onlara qarşı yaxşı oyun göstərmək üçün əlimizdən gələni edəcəyik".
Oxşar xəbərlər
Qurbanov püşkü dəyərləndirdi - "Maraqlı qrupa düşmüşük"
"Qarabağ" "Olimpiakos"a qarşı - Avropa Liqası
"Qarabağ"ın qrupdakı oyunlarının təqvimi - Avropa Liqası
"Qrupun ən maraqlı oyunları "Sivasspor"la ev və səfər qarşılaşmaları olacaq" - Qurban Qurbanov
Qurban Qurbanov: "Bunu düşünmək durumunda deyilik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası