21 cüdoçudan 4 medal
Avstriyada gənc cüdoçular arasında keçirilən Açıq Avropa kuboku turnirinin ilk günü Azərbaycan millisi üçün uğurlu olub.
Sportfm.az xəbər verir ki, baş məşqçi Elçin İsmayılovun yetirmələri bu gün Leybnitsdə 4 medal qazanıblar.
55 kq çəki dərəcəsində yarışan Rövşən Əliyev Braziliya, Qazaxıstan, Ukrayna cüdoçularına qalib gələrək finalda Yaponiya təmsilçisi Daiçi Takano ilə qarşılaşıb. Güclü rəqibinə uduzan Rövşən Əliyev Avstriyada gümüş medal qazanıb. Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev və Rəqşan Baxşəliyev bürünc medala sahib olub. 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İbrahim Əliyev də millimizə bürünc medal qazandırıb.
Qeyd edək ki, Avstriyada 39 ölkədən 580 cüdoqi ustası medallar uğrunda yarışır. Azərbaycan beynəlxal turnirdə 21 cüdoçu ilə təmsil olunur.
Oxşar xəbərlər
İlk gündə 3 medal - Böyük Dəbilqə
Azərbaycan cüdoçuları 4 medal qazandı - Avropa kuboku
Cüdoçularımız Avropa Kubokunda 7 medal qazandı
Balabəy Linyanoda qızıl qazandı
Avropa açıq birinciliyində 2 qızıl və 1 gümüş medal
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamızın Şotlandiya ilə matçının hakimləri bilindi
-
Azərbaycan millisi Litva ilə bərabərə qaldı - Millətlər Liqası
-
Futbolçularımız Litvada şəhidlərin xatirəsini yad etdi - FOTO
-
Almaniya - Yunanıstan 0:1 - VİDEO
-
Bakıda nəqliyyatın hərəkəti bərpa olundu - Formula 1
-
"Turan Tovuz" - "Fənərbaxça" oynuna neçə bilet satıldı?















Misli Premyer Liqası