reklam
Stolüstü tennis üzrə liqa yarışları başa çatdı -
Sportfm.az xəbər saytı

Stolüstü tennis üzrə liqa yarışları başa çatdı -FOTO


Stolüstü tennis üzrə liqa yarışları başa çatıb.

Sportfm.az xəbər verir ki, komanda xarakteri daşıyan yarışlar yüksək və standart liqa olmaqla keçirilib. Mərhələlər ilə keçirilən turlar yüksək liqada 6 oğlan və qız, standart liqada isə 12 oğlan və 7 qız komandası arasında təşkil olunub.

Qızların birinci liqa yarışlarında “İdeal” birinci, “Feniks” ikinci, “Pilot” isə üçüncü pillədə qərarlaşıb. Oğlanların mübarizəsində də “İdeal” komandası qızıl medal qazanıb. “Qələbə-1” yarışı ikinci, “Feniks” isə üçüncü pillədə başa vurub.

Qızlar arasında ikinci liqa yarışlarında “Feniks-2” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Buta” ikinci, “Atəşgah” üçüncü olublar. Oğlanlar arasında “Çıraqqala” bütün rəqiblərinə qalib gəlib. “İdael-2” gümüş, “Atilla” isə bürünc medal qazanıblar.

Sonda qaliblərə medal və pul mükafatları təqdim edilib.

Oxşar xəbərlər

“Azərreyl” və “Abşeron”dan növbəti qələbə - Yüksək Liqa
Ölkə kubokunda komanda yarışları başa çatdı
Birinci və İkinci liqaların püşkü atılacaq
Azərbaycan millisi bütün rəqiblərinə qalib gəldi - FOTO
Stolüstü tennis üzrə yüksək və standart liqa yarışlarına start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər