Məmmədov və Abbasov ölkəmizi Şotlandiyada təmsil edəcək
İyunun 19-20-də Şotlandiyanın paytaxtı Qlazqoda Avropa Həndbol Federasiyasının (EHF) illik konqresi keçiriləcək.
Sportfm.az xəbər verir ki, texniki komissiyanın iyunun 18-nə təyin olunan iclası da daxil olmaqla konqresin proqramı və səsverməyə çıxarılacaq mövzular artıq təsdiqlənib.
Konqresdə EHF-in prezidentinin, baş katibinin, texniki, yarış, metodiki, çimərlik həndbolu komissiyalarının və qanuni nümayəndənin hesabatları dinləniləcək. Həmçinin 2016-2018-ci illərə dair maliyyə hesabatları təqdim olunacaq, bu il üçün büdcə təsdiqlənəcək.
Konqresdə federasiyanın sabiq prezidenti Jan Brihaultın başçılıq etdiyi işçi qrupunun 2020-ci ildən sonra EHF-də struktur dəyişikliyi ilə əlaqədar tövsiyələri nəzərə alınıb. Bununla yanaşı, milli federasiyalar tərəfindən də təkliflər irəli sürülüb. Norveç konqreslərə müstəqil müşahidəçi dəvət edilməsini, Slovakiya nümayəndələrin təyin olunmasında peşəkarlıq məsələsinin nəzarətdə saxlanılmasını, İsveçə həndbolçuların idman geyimlərinin üzərindəki reklamların əks olunmasını təklif edib.
EHF-in konqresində müzakirəyə çıxarılacaq digər məsələlər arasında 2019–cu ildəki dünya çempionatının Avropa təsnifat turnirinin püşkünün atılması, Avropa Həndbol Federasiyasinin 15-ci illik konqresinin, 2022-ci və 2024-cü illərdə keçiriləcək kişilər və qadınlar arasında Avropa çempionatlarının təşkil olunacağı yerlərin seçilməsi və s. də var.
Ölkəmizi konqresdə AHF-nin prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və vitse-prezident Orxan Abbasov təmsil edəcək.
Oxşar xəbərlər
Avropa Həndbol Federasiyasının prezidenti bizlərə təşəkkür etdi
Bakıda Avropa Çempionatı - Həndbol üzrə
Azərbaycan həndbolu Vyanada - Baş ofisdə görüş keçirildi
Avropa Atletika Assosiasiyasına yeni prezident seçiləcək
Beynəlxalq Gimnastika Federasiyasının Konqresinin ilk günü başa çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası