reklam
Qılıncoynadanlar arasında ölkə kubokunun qalibləri müəyyənləşdi
Sportfm.az xəbər saytı

Qılıncoynadanlar arasında ölkə kubokunun qalibləri müəyyənləşdi


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə mayın 18-də Yeni Ramana qəsəbəsindəki 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində qılıncoynatma üzrə ölkə kuboku turniri keçirilib.

Sportfm.az xəbər verir ki, yarışda beş idman klubunun üzvləri çıxış ediblər.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qızların mübarizəsində Aytəkin Həsənova qızıl medal qazanıb. Qəndab Əkbərli yarışı ikinci, Samirə Əliyeva, Nənəxanım Əzimova və Turac Babayeva isə üçüncü pillədə başa vurublar.

Oğlanların yarışında Qalib Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Abdulbağı Abdullayev gümüş, İlqar Kazımov, İlqar Ağayev, Emin Orucov və Vadim Aslanov bürünc medallara sahib olublar.

Oxşar xəbərlər

“Olimpiya ümidi” turnirinin qalibləri müəyyənləşdi
Bakı çempionatının qalibləri müəyyənləşdi - FOTO
Azərbaycan millisi bütün rəqiblərinə qalib gəldi - FOTO
Bakının ən sərrast güllə atanları müəyyənləşdi - Adlar
134 gimnast arasında ən güclülər müəyyən olundu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər