Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Keşlə”nin aqibəti necə oldu?
Sportfm.az xəbər verir ki, bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində iştirak etmək üçün müraciət etmiş “Keşlə” PFK-nın sənədlərinə baxılıb.
Məlum olduğu kimi, AFFA “Keşlə” PFK-ya istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət etmişdir. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub və UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, “Keşlə” PFK 2018-19-cu il mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdir.
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra qərara alıb:
UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Keşlə” PFK-ya lisenziya verilsin.
Oxşar xəbərlər
“Araz-Naxçıvan” və “Zaqatala” Premyer Liqada iştirak üçün lisenziya aldı
İki klub avrokuboklara buraxılmadı - Qərar
Gəncə və Tovuz yenə futbolsuz qaldı
Lisenziya alan klubların adları açıqlandı
AFFA qərarını açıqladı: Premyer Liqada yeni komanda peyda oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qarabağ” “Zirə”yə qarşı - Yoxlama oyunu
-
Azərbaycan millisi Moldovaya məğlub oldu - Yoxlama görüşü
-
İspanlar çexlərlə, ingilislər xorvatlarla qarşılaşacaq - Millətlər Liqası
-
“Qaradağ Lökbatan”la “Şəmkir”dən böyükhesablı qələbə
-
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu - Yoldaşlıq qarşılaşması
-
Azərbaycanlı hakimə UEFA-dan təyinat














Misli Premyer Liqası