FİFA prezidenti dünya çempionatının müştərək təşkilinə qarşı çıxdı
Futbol üzrə dünya çempionatları yalnız bir ölkədə keçirilməlidir.
Sportfm.az xəbər verir ki, bu barədə FİFA-nın sabiq prezidenti Yozef Blatter açıqlama verib.
DÇ-2026-ya müştərək ərizəni ABŞ, Kanada və Meksika verib. Digər namizəd Mərakeşdir. Qalibin adı bu il iyunun 13-də açıqlanacaq. Bu ölkələrdən Meksika 1986-cı, ABŞ isə 1994-cü ildə mundial təşkil edib. Blatterin fikrincə, bu ölkələr dünya çempionatını təkbaşına keçirmə qabiliyyyətini sübuta yetiriblər. Bu səbəbdən, ali futbol qurumunun sabiq rəhbəri birgə ərizənin səbəbini anlaya bilmədiyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl 2002-ci il dünya çempionatı ilk dəfə iki ölkədə - Yaponiya və Cənubi Koreyada təşkil olunub. Bu, Yozef Blatterin FİFA prezidenti olduğu dövrə təsadüf edib.
Oxşar xəbərlər
FİFA-nın sabiq prezidentinə ağır cəza - 6 il 8 ay
Yozef Blatter koronavirusdan sağaldı
Blatter FIFA prezidentini məhkəməyə verəcək
Putin sabiq FİFA prezidentini mundiala dəvət etdi
Blatterin etirazı yenə rədd edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası