15 taekvondoçumuz Avropa çempionatına gedir
Mayın 10-da Rusiyanın Kazan şəhərində start götürəcək taekvondo üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, yığma dörd gün davam edəcək yarışa qurumun vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında 15 taekvondoçu ilə yollanır. Çempionatda baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Rəşad Əhmədovun yetirmələrindən Xanoğlan Kərimov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanrul Fətullayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Səid Quliyev (74 kq), Milad Beiqi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsaev (+87 kq) mübarizə aparacaq. Qadınların baş məşqçisi Elnur Amanov isə Fatemeh Shabannia Mansour (46 kq), Patimat Abakarova (49 kq), Sahar Kargar (53 kq), Mahtap Kiyanichandeh (57 kq), Fəridə Əzizova (67 kq), Elvarə Cəlilova (73 kq) və Zahra Fazel Kalkhorana (+73 kq) şans verib. Beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev Avropa çempionatında ölkəmizi təmsil edəcək.
Oxşar xəbərlər
Millimizin heyəti açıqlandı - Avropa çempionatı
İdmançımız Türkiyədə qızıl medal qazandı - “Turkish Open”
Millimizin dünya çempionatı üçün heyəti açıqlandı
Azərbaycan taekvondoçuları Qran-priyə yollandı
Taekvondoçularımız təlim-məşq toplanışına qatılacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası