Azərbaycan çempionatında bir ilk -Premyer Liqa
Premyer Liqanın 19-cu turunun “Neftçi” – “Keşlə” oyunu (3:1) tarixi qolla əlamətdar olub.
Sportfm.az xəbər verir ki, meydan sahiblərinin görüşdə vurduğu 3-cü top “ağ-qaralar”ın rəqibinin qapısından keçirdiyi 100-cü qol olub. Bu, komandalar arasında Azərbaycan çempionatları tarixindəki 65-ci matça təsadüf edib. “Bakcell Arena”dakı oyunadək “Keşlə”nin qapısından 97 top keçirən “Neftçi”nin 100-cü qoluna Namiq Ələsgərov imza atıb.
Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. İndiyədək heç bir komanda eyni rəqibə 100 və ya daha çox qol vurmayıb. Ölkənin ən titullu klubunun “Keşlə” ilə görüşlərdəki orta məhsuldarlığı 1,54-ə bərabərdir.
Müxtəlif illərdə “Xəzər Universiteti” və “İnter” adlanan indiki “Keşlə” ilə matçlarda “Neftçi”nin ilk qolu 1999/2000 mövsümünə təsadüf edib. 1999-cu il noyabrın 7-də səfərdə qazanılan 3:2 hesablı qələbə zamanı “Xəzər Universiteti”nin qapısına ilk topu 5-ci dəqiqədə hazırda “Keşlə”də çalışan Zaur İsmayılov vurub.
Qeyd edək ki, bu komandaların oyunlarında “Neftçi” 35 qələbə qazanıb. 63 qola imza atan “Keşlə” 15 dəfə qalib gəlib, eyni sayda matçda heç-heçə qeydə alınıb.
Oxşar xəbərlər
“Keşlə”nin yubiley qolu
550-ci qol - Azərbaycan çempionatı
"Keşlə"nin 150-ci məğlubiyyəti
"Keşlə"nin Azərbaycan çempionatlarında 400-cü qolu
“Keşlə” 150-yə çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Şəfa”nın prezidenti Kopenhagendə - FOTO
-
"Sumqayıt"ın heyətində amerikalı oyunçu
-
Çexiya İngiltərəyə, İspaniya Xorvatiyaya qarşı - Millətlər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Xankəndi"nin yeni baş məşqçisi məlum oldu
-
“Neftçi” – “Turan Tovuz” oyununun vaxtı məlum oldu - Premyer Liqa















Misli Premyer Liqası