Azərbaycan millisi Avropa çempionatına start verir
Bu gün İsrailin Təl-Əviv şəhərində cüdo üzrə kişi və qadınlar arasında Avropa çempionatına start veriləcək.
Sportfm.az xəbər verir ki, üç gün davam edəcək yarışa 44 ölkədən 368 cüdoçu (215 kişi, 153 qadın) qatılacaq.
Azərbaycan cüdoçuları ötənilki yarışı 2 qızıl, 3 bürünc medalla başa vurublar. Millimizi indi 9 kişi və 7 qadın olmaqla, 16 tatami ustası təmsil edəcək. İlk yarış günündə onlardan 9-u qüvvəsini sınayacaq. Cüdoçuların hamısı mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar.
Kişilərdən 60 kq çəki dərəcəsindəki Vüqar Şirinli rusiyalı olimpiya və ikiqat Avropa çempionu Beslan Mudranovla, 66 kq çəkidəki Avropa və dünya çempionatlarının mükafatçısı Orxan Səfərov xorvatiyalı Bernard Azinoviçlə, Nicat Şıxəlizadə moldovalı Denis Vyeru ilə üz-üzə gələcək.
Qadınlardan 48 kq-da cüdoçu Əliyeva Leyla sloveniyalı Marusa Stanqarı, Bazarraqça Erdenebat türkiyəli Dilara Lokmanhekimi, 52 kq-da Buyanxişiq Purevsuren norveçli Madelene Rubinşteyni, Gültac Məmmədəliyeva türkiyəli İrem Korkmazı, 57 kq-da Ülviyyə Rəhimli polşalı Anna Borovskanı, İçinxorlo Munxtsedev kosovolu Nora Qyakovanı sınağa çəkəcək.
Oxşar xəbərlər
Cüdoçularımız mübarizəyə başlayır - Böyük Dəbilqə
Azərbaycan cüdoçuları mübarizəyə başlayır - Avropa Liqası
“Böyük dəbilqə” beynəlxalq turniri start götürəcək
İsrailə kimlər gedir? Cüdo yığmamızın heyəti məlumdur
Dünya çempionatı: Cüdoçularımızın ilk rəqibləri bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamızın Şotlandiya ilə matçının hakimləri bilindi
-
Azərbaycan millisi Litva ilə bərabərə qaldı - Millətlər Liqası
-
Almaniya - Yunanıstan 0:1 - VİDEO
-
"Turan Tovuz" - "Fənərbaxça" oynuna neçə bilet satıldı?
-
Bakıda nəqliyyatın hərəkəti bərpa olundu - Formula 1
-
Türkiyə İtaliyaya qarşı - Millətlər Liqası















Misli Premyer Liqası