reklam
Boksçularımız Avropa birinciliyində  mübarizə aparacaq
Sportfm.az xəbər saytı

Boksçularımız Avropa birinciliyində mübarizə aparacaq


Aprelin 17-dən 26-dək İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi keçiriləcək. Azərbaycan yığması yarışda 11 idmançı ilə təmsil olunacaq.

Sportfm.az xəbər verir ki, 10 oğlan və 1 qız boksçudan ibarət millimiz birinciliyin hazırlığını yekunlaşdırmaq üçün Apennin yarımadasına yollanıb. Turnirin təşkil olunacağı Rozeto-deli-Abrutsi şəhərində baş tutacaq 2 həftəlik təlim-məşq toplanışı yığmamızın məsul çempionata yüksək səviyyədə hazırlaşması məqsədi daşıyır.

Baş məşqçi Vaqif Şirinovun rəhbərliyi altında qitə birinciliyində ölkəmizi Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Məhəmməd Yusifov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (91 kq-dan yuxarı) təmsil edəcək. Qızların yarışında isə Ruhanə Məmmədova (60 kq) birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa birinciliyi bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Oğlanların yarışında 49 kiloqram çəki dərəcəsi istisna olmaqla, digər kateqoriyalarda 2000-2001-ci il təvəllüdlü idmançılar arasında ən yaxşı nəticə göstərən Olimpiadaya vəsiqə əldə edəcək. Qızların yarışında isə 4 çəki dərəcəsində (51 kq, 57 kq, 60 kq, 75 kq) ən yaxşı yeniyetmə boksçular Buenos-Ayresdə çıxış etmək hüququna yiyələnəcəklər.

Oxşar xəbərlər

“Hədəfim Olimpiadada da qızıl medal qazanmaqdır” - Nurlan Səfərov
"Hədəfim olimpiadada qızıl medal qazanmaqdır” - Nurlan Səfərov
Boksçularımız Avropa birinciliyinin final mərhələsinə yüksəldi
Boksçularımız Avropa birinciliyində mərhələ adladı
Boksçularımız Vilnüsdə beynəlxalq turnirdə iştirak edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər