Şenol Günəşi xəstəxanaya belə çatdırdılar -VİDEO
Futbol üzrə Türkiyə Kubokunun cavab matçında dəhşətli hadisə yaşanıb.
Sportfm.az xəbər verir ki, "Fənərbaxça" - "Beşiktaş" matçının 56-cı dəqiqəsində hesab 0-0 davam edərkən, ikincilərin baş məşqçisi Şenol Günəşin başına tribunadan yad əşya atılıb. Atılan əşyanın zərbəsindən yerə yıxılan mütəxəssisə həkimlər müdaxilə etməli olub. Meydançadan soyunub-geyinmə otağına aparılan Günəş xəstəxanaya çatdırlıb. Onun başına tikiş atılıb. Türkiyəli mütəxəssisin xəstəxanaya aparılma anlarının videosu yayılıb. Həmin görüntüləri sizlərə təqdim edirik.
Hadisə ilə bağlı matçın baş hakimi Mete Kalkavan görüşün təxirə salındığını açıqlayıb.
Qeyd edək ki, bu cütlük arasındakı ilk oyunda 2-2-lik bərabərlik qeydə alınıb.

Oxşar xəbərlər
Rauf Əliyevin başına 3 tikiş atıldı - Hadisə
Ardanın hamilə həyat yoldaşına 18 tikiş vuruldu - FOTO
"Beşiktaş"ın istəyi rədd edildi - İndi necə olacaq?
"Fənərbaxça" - "Beşiktaş" matçı ilə bağlı qərar verildi
Türkiyə Kubokunda dəhşətli olay - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası