"Fənərbaxça" - "Beşiktaş" matçı ilə bağlı qərar verildi
Türkiyə kubokunun yarımfinalında keçirilən "Fənərbaxça" - "Beşiktaş" cavab oyunu ilə bağlı yekun qərar açıqlanıb.
Sportfm.az xəbər verir ki, yarımçıq dayandırılan oyun qaldığı yerdən - 57-ci dəqiqədən azarkeşsiz oynanılacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Rəsmi məlumat, qısa müddətdə TFF-nin saytında yerləşdiriləcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.
Oxşar xəbərlər
“Beşiktaş”a texniki məğlubiyyət verildi
"Beşiktaş" oyuna gəlmədi, qərar nə olacaq?
"Beşiktaş"ın istəyi rədd edildi - İndi necə olacaq?
Şenol Günəşi xəstəxanaya belə çatdırdılar - VİDEO
Türkiyə Kubokunda dəhşətli olay - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası