reklam
Azərbaycan birinciliyində qaliblər müəyyənləşdi
Sportfm.az xəbər saytı

Azərbaycan birinciliyində qaliblər müəyyənləşdi


Şüvəlandakı Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirilir.

Sportfm.az xəbər verir ki, yarışın ikinci günündə körpücük üzərinə ilk olaraq yaşı 15-dək olan oğlanlar arasında 62 və 69 kiloqram çəki dərəcələrində mübarizə aparan atletlər çıxıblar.

Yarışda 62 kiloqram çəki dərəcəsində toplam 178 kiloqram (78+100) nəticə ilə Kamil Nəbiyev qızıl medala layiq görülüb. Nurlan Məmmədzadə 175 kiloqram (75+100) nəticə ilə gümüş medala, Sənan Sahibov isə 162 kiloqramlıq (72+90) göstərici ilə bürünc medala sahib olublar.

Birincilikdə 69 kiloqram çəki dərəcəsində çıxış edən Murad Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, toplam 216 kiloqram (101+115) nəticə ilə birinci olub. Gümüş medala 190 kiloqram (90+100) nəticə ilə Səlimxan Mürşüdov, bürünc mükafata isə 163 kiloqramlıq (70+93) nəticə ilə Canəli Əsədov sahib çıxıblar.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, uşaq-gənclər idman məktəblərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. 

Oxşar xəbərlər

Atletlərimiz Avropa çempionatında iki gümüş medala sahib oldu - FOTO
Kənan Xəlilov fəxri kürsünün ən yüksək pilləsinə qalxdı
Azərbaycanlı ağır atlet Avropa çempionu oldu - FOTO
Yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı
Rüstəm Qasımov Azərbaycan çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər