"Şahin"in qalibi məlumdur
Sportfm.az xəbər verir ki, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası səkkiz mərhələdən ibarət yarışın qalibi olub. 1 nömrəli tam orta məktəbin komandası II, 17 nömrəli tam orta məktəbin komandası III yerlərə layiq görülüb.
Hərbi-idman oyununun şəhər mərhələsinin mükafatlanma mərasimində çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, Təhsil şöbəsinin metodisti İlham Mirzəliyev bu kimi hərbi-idman oyunlarının mütəmadi olaraq keçirilməsinin yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, ordu sıralarına hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə Ordu quruculuğu sahəsində də mühüm tədbirlər həyata keçirilib. Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, peşəkar və vətənpərvər şəxsi heyət formalaşdırılıb. Bu gün Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə bir həmlədə torpaqlarımızı işğaldan azad etmək qüdrətinə malikdir və şanlı Aprel döyüşləri bunu bir daha sübut edib.
Qeyd edək ki, I yerin qalibi “Şahin” hərbi-idman oyununun Xaçmaz rayonunda keçiriləcək zona mərhələsində iştirak edəcək.
Oxşar xəbərlər
Masallı komandası kubok qazandı - FOTO
Hərbçilərimiz futbol meydançasında - FOTO
Cüdo üzrə respublika birinciliyinin qalibləri mükafatlandırıldı - FOTO
117 nömrəli tam orta məktəbin komandası birinci oldu
Azərbaycan Kooperasiya Universitetinin komandası mini futbol turnirinin qalibi oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası