reklam
Masallı komandası kubok qazandı -
Sportfm.az xəbər saytı

Masallı komandası kubok qazandı -FOTO


AFFA, Təhsil Nazirliyi və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin final oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, Masallı Olimpiya Komplektində bu gün keçirilmiş final qarşılaşmasında Masallı şəhər 4 saylı Digah Sakit Tağıyev adına tam orta məktəbin və Ağdam rayon 18 saylı tam orta məktəbin komandaları qarşılaşıb. 5:0 hesabı ilə qalib gələn Masallı şəhər 4 saylı Digah Sakit Tağıyev adına tam orta məktəbin komandası “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2018/2019-ci il mövsümünün qalibi olub. Qəbələ rayon 2 saylı tam orta məktəbin komandası isə üçüncü yeri tutub.

Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin regional meneceri Elşad Fərzəliyev, Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov və futbol veteranı Zaur Ramazanov təqdim ediblər.
Qəbələ rayon 2 saylı tam orta məktəbin şagirdi Həsən Nəzərli turnirin ən yaxşı oyunçusu seçilib. Binəqədi rayon 126 saylı tam orta məktəbin komandasının üzvü Nurlan Qurbanov yarışın ən məhsuldar oyunçusu olub. Fair Play mükafatına isə Ağdam rayon 18 saylı məktəbin şagirdi Günel Əliyeva layiq görülüb.
Liqanı üçüncü pillədə başa vurmuş Qəbələ rayon 2 saylı tam orta məktəbin komandası, ikinci yeri tutmuş Ağdam rayon 18 saylı tam orta məktəbin komandası və turnirin qalibi Masallı şəhər 4 saylı Digah Sakit Tağıyev adına tam orta məktəbin komandası müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. Çempion komandaya kuboku İsgəndər Cavadov və Zaur Ramazanov təqdim ediblər.
Qeyd edək ki, “Coca-Cola Məktəbli Kuboku” 8 ildir təşkil edilir.

Oxşar xəbərlər

Naxçıvanda “Coca-Cola məktəbli kuboku”na yekun vuruldu
“Qızlar Futzal Kuboku” turniri keçirildi - FOTO
Tülü kəndinin komandası birinci oldu
Qızlar futzal oynadı - FOTOLAR
Abşeronda final görüşü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər