reklam
Hərbçilərimiz futbol meydançasında -
Sportfm.az xəbər saytı

Hərbçilərimiz futbol meydançasında -FOTO


Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusu üzrə keçirilən futbol birinciliyinə start verilib.

Sportfm.az xəbər verir ki, yarış iştirakçıları əvvəlcə hərbi hissədə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin və şəhidlərin xatirəsini yad ediblər.

Yarışı açıq elan edən Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin zabiti, polkovnik Sadiq Paşayev son illər ölkəmizdə idmanın inkişafına göstərilən qayğıdan danışaraq bildirib ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir və Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Ordu idmançıları da uğur və qələbələri ilə bir çox beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.

AFFA-nın hakimlər komitəsi üzvlərinin idarə etdiyi futbol birinciliyində qoşun növləri, hərbi hissə və birləşmələrdən 13 komanda iştirak edir. Yekunda yarışın qaliblərinə fəxri fərmanlar, mükafatlar, qalib komandaya isə kubok təqdim olunacaq.

Oxşar xəbərlər

Voleybol üzrə ordu birinciliyinə start verildi
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
"Şahin"in qalibi məlumdur
Alpaqut Turan döyüş sənəti üzrə dünya çempionatının açılış mərasimi baş tutub
Üzgüçülük federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər