Badminton üzrə Azərbaycan çempionatının qalibləri məlum oldu
Aprelin 13-də ali təhsil müəssisələrinin komandaları arasında keçirilən badminton üzrə Azərbaycan çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, turnirin mükafatlandırma mərasimi Azərbaycan Texniki Universitetinin idman zalında keçirilib.
Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən yarışın qalibi turniri məğlubiyyətsiz başa vuran Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası olub.
Qalib komandaya kuboku federasiyanın vitse-prezidenti Emin Zeynalov təqdim edib. Çempionatda Azərbaycan Dövlət İqtisad Universitetinin komandası ikinci, Bakı Dövlət Universitetinin komandası isə üçüncü olub.
Turnirin qalibi 3 min, ikinci yerin sahibi 2 min, üçüncü pillədə qərarlaşan komanda isə min manat məbləğində pul mükafatı ilə təltif edilib.
Mükafatçılara Azərbaycan Badminton Federasiyası tərəfindən də diplom və medallar təqdim olunub.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |