reklam
Badminton üzrə Azərbaycan çempionatı keçiriləcək
Sportfm.az xəbər saytı

Badminton üzrə Azərbaycan çempionatı keçiriləcək


Noyabrın 8-də badminton üzrə Azərbaycan çempionatına start veriləcək.

Sportfm.az xəbər verir ki, Texniki Universitetin İdman Sarayının əsas zalında keçiriləcək çempionatda qaliblər 5 kateqoriya üzrə müəyyənləşəcək.

ABF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış 4 gün davam edəcək. Noyabrın 11-də kişi və qadınların şəxsi və qoşa yarışlarında, eyni zamanda, qarışıq cütlərdə final qarşılaşmaları keçiriləcək. Kateqoriyalar üzrə ilk 3 yeri tutmuş badmintonçular Gənclər və İdman Nazirliyi və ABF tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Turnirin keçirilməsində məqsəd badmintonun respublikanın şəhər və rayonlarında inkişafına nail olmaq, perspektivli idmançıları aşkar etmək, milli komandanın tərkibini müəyyənləşdirməkdir.

Yarışlar hər gün saat 15:00-dan etibarən başlayacaq. Tamaşaçılar üçün giriş sərbəstdir.

Oxşar xəbərlər

Cahid Əlhəsənov-Həcər Nuriyeva cütlüyü ən güclüdür
5 kateqoriya üzrə qaliblər müəyyənləşib
Ölkə çempionatı keçiriləcək
Respublika Çempionatında 96 idmançı mübarizə aparacaq
Badminton üzrə Azərbaycan çempionatının qalibləri məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər