reklam
Samir Abasov:
Sportfm.az xəbər saytı

Samir Abasov:Bu artıq rəhbərliyin işidir


Azərbaycan Premyer Liqasında 22-ci turun son matçında "Neftçi" "Sumqayıt"ı sınağa çəkib.

Sportfm.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb."Mən burda deyildim. Komanda üzvlərinə dedim ki, mən Azərbaycanda olmamağımın sizə xeyri olmalıdı. Bizi hər gün bir kluba göndərirlər. Bəxtsiz qol yedik. Əsas öz işimizə baxırıq. Nə isə çatmadı. Ola bilsin ki, özünə inam çatmasın. Bu da təcrübədən irəli gələ bilər". 

- Kapitan kimi komandanı meydana Cavid İmamverdiyev çıxardı.

- Ona inandığımızı göstərmək istədim. Buna hamılıqla qərar verdik.

- Matçın sonuna yaxın top "Neftçi"nin futbolçusunun əlinə dəydi. 

- Mən özüm gördüm ki, top rəqibin əlinə dəydi. Və rəqib futbolçu təhlükəli hücumun qarşısını kəsdi. Ancaq hakimin fiti susdu. Bizim futbolçunun top əlinə dəyən kimi, hakim qayda pozuntusu qeydə aldı. Niyə belə etdiyini deyə bilmərəm. 

- Heyətdə olan futbolçuların çoxunun adı transfer söz-söhbətlərində hallanır. 

- Bu artıq rəhbərliyin işidir. Biz istəyirik ki, heyətimizi qoruyaq. 

- 10 oyundur məğlub olmursunuz. Bu təzyiq yaradır?

- Əksinə, daha da inamımızı artırır.

 

Oxşar xəbərlər

"Onlar üçün Samirin getməyi yaxşıdır" - Samir Abasov
Samir Abasov: "Emin Mahmudovun bədəninin suyu qalmayıb"
"Neftçi" bizi yaxşı analiz etmişdi" - Elvin Cəfərquliyev
"Bəzi səhvlər aradan götürməliyik" - Samir Abasov
Tribunaya göndərilən Samir Abasov: Yuxarıdan tapşırıq verilib ki, onları sıxın

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər