Yuri Maksimov:Hələ ki, mükafat verilməyib
Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə “Zirə”yə qalib gələn (2:1) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportfm.az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Kubok oyunundan sonra komandada bir qədər yorğunluq, boşalma var idi. Buna görə, bəzi futbolçulara istirahət verdim. Meydana çıxan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Buna görə onlara təşəkkür edirəm.
- Bu oyunda əvəzetmələriniz həlledici rol oynadı...
- Son 10 gündə 4 oyun keçirmişik. Çalışırıq, gənc futbolçulara da təcrübəli oyunçularla yanaşı şans verək.
- Vaqif Cavadovun qolundan sonra üzünüzü Cəmaləddin Əliyevə tutaraq, “gördün?” dediniz...
- Bu, taktika ilə bağlı olan məsələ idi. Vaqifin qol duyumu ona fərqlənmək üçün imkan verdi.
- Komanda avrokuboklara qatılsa, komandada qalacaqsız?
- Müqavilənin sonuna kimi burdayam. Bundan sonra rəhbərliklə müzakirəmiz olacaq.
- Demək olar ki, komanda çempionatda öz vəzifəsini yerinə yetirib?
- Çempionat oyunlarına da qalib gəlmək üçün çıxırıq. Futbolçuların çoxunun komanda ilə müqaviləsi bitir. Lakin mən onlara deyirəm ki, çıxın özünüzü göstərin. Yaxşı oyun sərgiləmək yeni klubların diqqətini çəkmək üçün də əsasdı.
- Komandaya “Sumqayıt”la oyuna görə vəd edilmiş mükafat verilib?
- Hələ ki, mükafat verilməyib.(komanda.az)
Oxşar xəbərlər
Maksimov "Keşlə" ilə kubok qazanmasını böyük uğur hesab etmir...
"Final matçında sürpriz edə bilməyəcəyik" - Yuri Maksimov
"Qato komanda yoldaşlarının əziyyətini yerə vururdu" - Tərlan Əhmədov
Yuri Maksimov: Mən burda qalan deyiləm
Maksimovun təyinatı rəsmiləşdi - Məmmədov əvvəlki postuna qaytarıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası