Yunis Hüseynov: Normal çıxış edirik
"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov müsahibə verib. Sportfm.az saytı həmin müsahibəni təqdim edir.
- Qış fasiləsindən sonra komandada böyük dəyişikliklər olsa da, "Kəpəz" son piilədə qərarlaşıb. Çıxışınızı necə dəyərləndirirsiniz?
- Qış fasiləsindən sonra komandamızda çox dəyişikliklər etdik. Bunun da səbəbi son pillədə olmağımızla əlaqədar idi. Düzdü, indi də zirzəmidəyik. Dəyişikliklərə baxmayaraq, son pillədən qurtula bilməmişik. 5 oyunda məğlub olsaq da, bunların dördündə yenilgiyə layiq deyildik. 4 oyunda 85-ci dəqiqədən sonra buraxılan qollarla uduzmuşuq. Son pillə “Kəpəz”ə yaraşmır. Bu oyunla sonuncu yerdə getmək üst-üstə düşmür. “Kəpəz” öz oyunu ilə axırncı pilləyə layiq deyil. Qış fasiləsində gələn futbolçular da çalışır ki, özlərini yaxşı tərəfdən göstərsin. Komandamızı bu ağır vəziyyətdən çıxarmaq üçün çalışırlar. Qarşıda 6 tur var. Çalışmalıyıq ki, bu oyunlarda nəsə edə bilək.
- Növbəti turda çempionluğun bir addımlığında olan “Qarabağ”la qarşılaşacaqsız. “Kəpəz” bu turda sürpriz edə bilər?
- “Qarabağ” çempion komandadır. Bu mövsüm üçün də çempionluğu demək olar ki, təmin ediblər. Ağır oyun olacaq. Çalışacağıq ki, uduzmayaq. Son iki matçda uduzmamışıq. Amma qalib də gələ bilmirik. Son matçda çoxlu qol şanslarımız olmuşdu. “Keşlə” ilə oyunda qalib gəlməli idik. Çalışacağıq ki, layiqli oynayaq. Bu oyunda uduzmaq istəmirik. Təbii ki, qələbə üçün meydana çıxacağıq. Meydanda bütün suallara aydınlıq gələcək.
- “Kəpəz”də çatışmayan amil şansdır?
- Bəli, 3-4 oyunda bizim bəxtimiz gətirmədi.
- Qış fasiləsində heyətə cəlb edilən Dieqo Souza çox tənqid edilir. Onun “Kəpəz”ə layiq futbolçu olmadığını deyirlər...
- Bəli, buna mən də rastlaşıram. Mən deyərdim ki, Souza tənqidəlayiq futbol da nümayiş etdirməyib. Son oyunda qaçarkən bir az ehtiyatlı davrandı. Bunu da zədəyə görə belə etdi. Futbolçunu belə tənqid etmək düzgün deyil. Hər bir futbolçu zəif oynaya bilər, səhvləri olar.
- 7-ci pillədən 6 xal geri qalırsız. Son 6 turda bu geriliyi aradan qaldırmaq nə dərəcədə mümkün olacaq?
- İki turda qalib gəlsən, rəqibə çatırsan. Digər komandaları da izləyirik. Hər bir oyun çətin keçir. Buna necə nail olacağımızı zaman göstərəcək. Ancaq mən oyunumuzdan razıyam. Normal çıxış edirik. Xal baxımından sonuncuyuq, amma oyun baxımından buna layiq komanda deyilik.
- Növbəti mövsümün planlarını qurursunuz?
- Dekabra kimi müqaviləm var. Yəqin ki, işimin başında qalacam. Rəhbərlik yayda nə qərar versə, ona uyğun hərəkət edəcəyik.(sportal)
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
"Böyük İpək Yolu" turnirində qaliblər mükafatlandırıldı 28.03.2024, 16:10
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Millimizin Avropa çempionatındakı potensial rəqibləri 28.03.2024, 13:17
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |