reklam
Sportfm.az xəbər saytı

"Çempionlar Liqasında son oyunum idi" -Andres İnyesta


“Barselona”nın futbolçusu Andres İnyesta Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasında “Roma” ilə keçirilən oyundan (0:3) sonra fikirlərini bildirib.

Sportfm.az xəbər verir ki, İnyesta olduqca zəif təsir bağışladıqlarını deyib. O, yayda “Barselona”nı tərk edə biləcəyinə də işarə edib:

“Belə məqamda nəsə demək çətindi. Biz buna hazır deyildik. Əgər çoxlu səhv edirsənsə, Çempionlar Liqasında bunu bağışlamırlar. Dəhşətli dərəcədə məyusuq.

İlk hissədə olduqca zəif çıxış etdik, heç nə alınmadı. İkinci hissədə bir qədər artırsaq da, bu, yetərli olmadı. Biz başqa tempdə oynamalıydıq. Ola bilsin ki, bu mənim Çempionlar Liqasında son oyunum idi.

Turniri belə notda bitirmək çox ağırdı. İş yetərincə motivasiyanın olmamasında deyil. Bura Çempionlar Liqasıdı, burda gözlənilməzliklər baş verir. Biz fiaskoya uğradıq”.

Oxşar xəbərlər

Alesionun yenə bəhanəsi var: "Müdafiədə çox səhv etdik"
Messinin əsas məqsədi nədir? - Açıqladı
Messi "Barselona"nın əsas hədəfini açıqladı
Çempionlar Liqası: "Beşiktaş" və "Çelsi" turnirlə vidalaşdı
Zlatan İbrahimoviç UEFA Çempionlar Liqasının tarixinə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər