Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdo üzrə Azərbaycan Birinciliyinə start verilib -FOTO
Bu gün "Sərhədçi” İdman Olimpiya Kompleksində cüdo üzrə 23 yaşadək gənclər arasında Azərbaycan Birinciliyinə start verilib. Sportfm.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə 49 komandanın iştirak etdiyi yarışda 270 cüdoçu (231 oğlan, 39 qız) fəxri kürsünün yüksək pillələrinə çıxmaq üçün mübarizə aparır. Yarışın ilk günündə oğlanlar arasında 60 kq, 73 kq, 81 kq, qızlarda isə bütün çəki dərəcələrində çıxış edən cüdoçular medallar uğrunda qüvvələrini sınayırlar. Yarışın keçirilməsində əsas məqsəd milli komandamız üçün gənc və perespektivli cüdoçuları müəyyənləşdirməkdir. Qaliblərə diplomlar və medallar veriləcək.
Qeyd edək ki, Azərbaycan Birinciliyinə sabah yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan birinciliyində 530 yeniyetmə cüdoçu mübarizə aparır
Gənc cüdoçuların Azərbaycan birinciliyinə start verildi
Yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib
Cüdo üzrə Bakı birinciliyinə start verilib
Yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin