reklam
Bakıda idman kapoeyrası üzrə dünya çempionatına start verildi
Sportfm.az xəbər saytı

Bakıda idman kapoeyrası üzrə dünya çempionatına start verildi


Mayın 11-də Bakı İdman Sarayında idman kapoeyrası üzrə dünya çempionatına start verilib.

Sportfm.az xəbər verir ki, Ümumdünya Kapoeyra Federasiyasının (WCF), Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış Azərbaycanın Braziliyadakı və Braziliyanın Azərbaycandakı səfirlikləri tərəfindən dəstəklənir.

Dünya çempionatında 40-dan çox ölkədən idmançılar iştirak edirlər. Yarışa, həmçinin dünyanın 12 ən iri kapoeyra qrupu və onların qrand masterləri də qatılıb.

Azərbaycan çempionatda müxtəlif yaş kateqoriyaları üzrə 25 idmançı ilə təmsil olunur.

Yarışın ilk günündə azyaşlılar və yeniyetmələr bacarıqlarını nümayiş etdiriblər.

Çempionata mayın 12-də yekun vurulacaq.

Oxşar xəbərlər

Dünya çempionatının birinci günündə Azərbaycan idmançılarından 6 medal
Bakıda idman kapoeyrası üzrə dünya çempionatına start verildi
Bakı növbəti mötəbər turnir - Dünya Çempionatı
Uşu üzrə XXVI Azərbaycan çempionatına start verildi
12 ən iri qrup Bakıya toplanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər