DK-2018:komanda nümayəndələri və hakimlərin iclası keçirildi
ABŞ-ın Ayova şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kuboku yarışları çərçivəsində bu gün komanda nümayəndələrinin və yarışı idarə edəcək hakimlərin seminarı keçirilib.
Sportfm.az xəbər verir ki, Dünya Güləş Birliyinin texniki nümayəndələri ABŞ Güləş Federasiyasının vitse-prezidenti Stan Dziedzic və Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü, Braziliya Güləş Federasiyasının prezidenti Pedro Qama Filho, yarışın hakim-instruktorları İbrahim Cicioğlu (Türkiyə) və Zach Errettin (ABŞ) rəhbərliyi ilə keçirilən seminarda əvvəlcə güləş qaydalarına edilən son dəyişikliklər barədə məlumat verilib. Komanda nümayəndələrindən və hakimlərdən yeni qaydalara qarşı daha diqqətli olmaq və DGB-nin yarış qaydalarına riayət etmək tövsiyə edilib.
Daha sonra 7 apreldə start götürəcək Dünya Kuboku yarışının təşkilati məsələləri müzakirə edilib, komanda nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Komanda nümayəndələrinin seminarında AGF 1-ci vitse-prezidenti, sərbəst güləş yığmasının baş məşqçisi Firdovsi Umudov, baş katib Orxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Qurbanov, hakimlərin seminarında isə, beynəlxalq dərəcəli hakim Natiq Hacıyev iştirak edib.
Məlumat üçün bildirək ki, Dünya Kuboku yarışları 7-8 aprel tarixlərində ABŞ-ın Ayova şəhərində keçiriləcək. Azərbaycan yığma komandası qrup görüşləri çərçivəsində Kuba, Qazaxıstan və Monqolustan komandaları ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
Azərbaycan həndbolu Vyanada - Baş ofisdə görüş keçirildi
İran ABŞ-da keçiriləcək Dünya Kubokunda iştirakdan imtina etdi
Hakimlər və məşqçilər üçün seminar keçirildi
Yığmamız Rusiya, Kuba və Qazaxıstanla eyni qrupda
Milli və beynəlxalq dərəcəli güləş hakimləri ilə görüş keçirildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi














Misli Premyer Liqası