reklam
Yığmamız Rusiya, Kuba və Qazaxıstanla eyni qrupda
Sportfm.az xəbər saytı

Yığmamız Rusiya, Kuba və Qazaxıstanla eyni qrupda


7-8 aprel 2018-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.

Sportfm.az xəbər verir ki, bu gün Dünya Güləş Birliyinin mənzil qərargahında yarışın püşkatma mərasimi keçirilib.  
Yığma komandamız Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq. 
Yığmamız aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq. 
Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub. 

Oxşar xəbərlər

Yığmamız dünya ikincisi oldu
Kubadan güclü olduğumuzu sübut etdik
DK-2018: Azərbaycan Kubaya qarşı
İran ABŞ-da keçiriləcək Dünya Kubokunda iştirakdan imtina etdi
Yığmamız Rusiyaya qarşı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər