reklam
Qurban Qurbanov iclasa gecikən futbolçu ilə bağlı qərarını verdi
Sportfm.az xəbər saytı

Qurban Qurbanov iclasa gecikən futbolçu ilə bağlı qərarını verdi


Milli komandamızın və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Yunuszadəni bağışlayıb. 

Sportfm.az xəbər verir ki, millimizin Belarusla keçirilən yoxlama oyunundan öncəki iclasa gecikdiyi üçün heyətdən kənarlaşdırılan və "Qarabağ"ın əvəzedici komandasına göndərilən oyunçunun cəza müddəti başa çatıb. 

O, iki həftədən sonra yenidən əsas komandaya qaytarılıb. Mərkəz müdafiəçisi artıq əsas komandanın məşqində iştirak edir.   

Qeyd edək ki, Elvin Yunuszadə ilə yanaşı, millimizin digər futbolçusu Araz Abdullayev də həminki iclasa gec qatılıb. Lakin Araz millimizin düşərgəsindən kənarlaşdırılmayıb.(oxu.az)

Oxşar xəbərlər

Aftandil Hacıyev legioneri bağışladı
Qurban Qurbanovdan sərt qərar: Mahir Mədətov komandadan uzaqlaşdırıldı
Qurban Qurbanov niyə Elvini cəzalandırdı, Arazı bağışladı? – SƏBƏB
Qurban Qurbanov "Qarabağ"ın futbolçusunu millidən qovdu
Araz Abdullayev və Elvin Yunuszadə niyə cəzalanıb?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər