"Azərbaycan millisinin də qapısına belə zərbə endirmişdim"
Mən bir dəfə də belə qol vurmuşdum.
Sportfm.az xəbər verir ki, bunu İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının ilk 1/4 final matçında İtaliya "Yuventus"unun qapısından keçirdiyi ikinci top barədə danışarkən deyib. 33 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2014-cü il dünya çempionatının seçmə qrup matçı zamanı Azərbaycan millisinin qapısına endirdiyi aşırma zərbəni xatırladıb. O bildirib ki, 2012-ci il sentyabrın 11-də keçirilmiş həmin görüşdə zərbəsindən sonra top qapı tirinə dəyərək, çölə çıxmışdı. Bu dəfə isə Ronaldu topun qapıya daxil olduğunu vurğulayıb: Bu, xoş təsir bağışlayan, yaddaşlarda qalacaq qol oldu. Şübhəsiz ki, "Yuventus"a vurduğum ikinci top mənim ən gözəl qolumdur".
Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"la səfər matçında 2 qol vurub. Bununla da təcrübəli hücumçu Çempionlar Liqasında ardıcıl 10-cu oyunda fərqlənərək, qollarının sayını 14-ə çatdırıb və bombardirlər siyahısında liderliyini möhkəmlədib.(report)
Oxşar xəbərlər
Ronaldo üçün yeni rekord
Ronaldo daha bir rekord əldə etdi - 17 dəfə ardıcıl
Ronaldudan parodiya - VİDEO
UEFA 2017/2018 mövsümünün ən yaxşı qolunu açıqladı
Ronaldu Avropanın ən yaxşı idmançısı seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Dinamo" Zaqrebə qarşı - Gənclər Liqası
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
FIFA və AFFA rəhbərliyi yığmamızın oyununu izlədi
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Futbolçularımız Çili ilə üz-üzə - FIFA U-15 dünya çempionatı














Misli Premyer Liqası