reklam
Tayfur Xoseni döydü, Roberti gözləyir
Sportfm.az xəbər saytı

Tayfur Xoseni döydü, Roberti gözləyir


Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında finalçıların adına aydınlıq gəlib. Azərbaycan millisinin boksçusu Tayfur Əliyev də adını həlledici döyüşə yazdırıb.

Sportfm.az xəbər verir ki, 56 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının mükafatçısı finala gedən yolda ispaniyalı Xose Giles Brotonsu mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (29:27, 29:27, 27:29, 29:27, 29:27) hesabı ilə məğlub edib.

Əliyev bu gün baş tutacaq həlledici görüşdə rumıniyalı Robert Eusebi Jitaru ilə üz-üzə gələcək.

Tayfurdan fərqli, Məhəmməd Abdullayev (+91 kq) finala adlaya bilməyib. Boksçumuz yarımfinalda italiyalı Aziz Abbes Muhidinə məğlub olub - 1:4 (27:30, 30:29, 26:30, 27:30, 27:30). Nəticədə Abdullayev Avropa çempionatını bürünc medalla başa vurub.

Oxşar xəbərlər

Boksçularımız beynəlxalq turnirin finalında
Daha iki boksçumuz 1/8 finala çıxdı
Boksçularımız Avropa birinciliyinin finalına yüksəldi
Boksçularımız Avropa çempionatında 2 medalı təmin etdi
Boksçularımız həlledici döyüşə adlarını yazdırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər