reklam
Boksçularımız beynəlxalq turnirin finalında
Sportfm.az xəbər saytı

Boksçularımız beynəlxalq turnirin finalında


ABŞ-ın Pueblo şəhərində boks üzrə keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb.

Sportfm.az xəbər verir ki, ev sahibləri, Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin də qatıldığı yarışda Azərbaycan yığmasının 3 idmançısı finala yüksəlib.

51 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə rəqibi Bo Fanq (Çin) döyüşə gəlmədiyi üçün mərhələ adlayıb. O, həlledici qarşılaşmada çinli Xinminq Ma ilə üz-üzə gələcək.

Ümid Rüstəmov (57 kq) Xinyan Vanqın (Çin) ardınca onun komanda yoldaşı Ping Lyuya da gücünü göstərib. Boksçumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rüstəmov finalda Julius Ballonu (ABŞ) sınağa çəkəcək.

Məhəmməd Abdullayev (+92 kq) də çempionluq döyüşünə vəsiqə qazanıb. O, yarımfinalda Danabieke Bayikevuzini (Çin) məğlub edib – 3:2 (30:27, 29:28, 29:28, 28:29, 28:29). Dünya çempionatının mükafatçısı qızıl medal uğrunda son Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla döyüşəcək.

Komanda yoldaşlarından fərqli olaraq, Nəbi İsgəndərov (71 kq) bürünc medalla kifayətlənib. Omari Consla (ABŞ) dueldə finala rəqib yüksəldiyindən boksçumuz 3-cü yeri tutub.

Turnirdə final döyüşləri sentyabrın 15-də olacaq.

Oxşar xəbərlər

Millimizin boksçuları finalda - Qızıl kəmər seriyası
Boksçularımız beynəlxalq turnirin finalında
Boksçularımız “qızıl” görüşünə çıxacaq - Beynəlxalq turnir
Azərbaycan boksçuları 4 medal qazandı
İki boksçumuz finala yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər