reklam
Boksçularımız Avropa çempionatında 2 medalı təmin etdi
Sportfm.az xəbər saytı

Boksçularımız Avropa çempionatında 2 medalı təmin etdi


Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri başa çatıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin 2 üzvü yarışın yarımfinal mərhələsinə vəsiqə əldə edib.

56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev 1/2 finala gedən yolda almaniyalı Hamzet Şadalovu (Almaniya) mübarizədən kənarlaşdırıb. O, rəqibini 3:2 hesabı ilə məğlub edib. Əliyev yarımfinalda ispaniyalı Xose Giles Brotonsla qarşılaşacaq.

Əliyevlə yanaşı, Məhəmməd Abdullayev (+91 kq) də özü üçün ən azı bürünc medalı təmin edib. O, 1/4 finalda Camili-Dini Aboudo-Moindzeyə (Fransa) 4:1 hesabı ilə qalib gəlib. Abdullayev növbəti qarşılaşmasında italiyalı Aziz Abbes Muhidinlə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal döyüşləri martın 31-də, finallar isə aprelin 1-də olacaq.

Oxşar xəbərlər

Nərmin ermənini "əzişdirdi" - Avropa Birinciliyi
Boksçumuz Avropa çempionatında mərhələ adladı
Tayfur Xoseni döydü, Roberti gözləyir
Gənc boksçularımız Avropa çempionatının yarımfinalına yüksəlib
Kamran Şahsuvarlı yarımfinala yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər