Pul olmadığına görə Bakıdakı yarış keçirilməyəcək
"Tour d'Azerbaidjan-2018" veloturu keçirilməyəcək.
Sportfm.az xəbər verir ki, mayın 9-13-də planetin ən güclü şosse velosiped komandalarının yenidən Azərbaycanda mübarizə aparacağı gözlənilsə də, bu, baş tutmayacaq.
Sözügedən veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandaların mayın 8-də bir günlük "Bakı-Xızı Eko" turunda da yarışacağı bildirilirdi. Lakin bu da təxirə salınıb.
Məlumatı Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev də təsdiqləyib. O bildirib ki, "Tour d'Azerbaidjan-2018"in ləğv edilməsinə səbəb dünya çempionatına hazırlıqdı: "Dünya çempionatı daha səviyyəli, nüfuzlu yarışdı. Hazırlıq işləri xeyli vaxt aparır. Buna görə də, "Tour d'Azerbaidjan-2018" keçirilməyəcək. Qərar yalnız bu il üçün qəbul olunub. Gələn il isə həmin velotur təşkil olunacaq".
Lakin etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, "Tour d'Azerbaidjan-2018" veloturunun ləğv edilməsinin əsl səbəbi başqadı. Belə ki, veloturun bu il keçirilməməsi maliyyə çatışmazlığı ilə bağlıdı.
Qeyd edək ki, "Tour d'Azerbaidjan" veloturu hər il "Synergy Group" ASC-nin sponsorluğu ilə keçirilirdi.(apasport.az)
Oxşar xəbərlər
“Tour d’Azerbaidjan-2018”in vaxtı müəyyənləşdi
"Tour d’Azerbaidjan-2017" başa çatdı
Sahib Ələkbərov: "Qələbəmiz dünyanın diqqətini Azərbaycana cəlb edir"
"Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turuna start verildi
Sahib Ələkbərov :"Bu yarışa olan marağı daha da artırıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Birbaşa Bakı” mübarizəni dayandırdı - Çempionlar Liqası
-
Azərbaycan Qran-Prisində 2-ci gün başladı
-
Hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görüldü
-
“Xankəndi” baş məşqçisi ilə yollarını ayırdı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycan boksçusundan gümüş medal - Avropa çempionatı















Misli Premyer Liqası