reklam
Rusiya Olimpiya Oyunlarına buraxılmır?
Sportfm.az xəbər saytı

Rusiya Olimpiya Oyunlarına buraxılmır?


Beynəlxalq Olimpiya Komitəsi (BOK) 19 iyul keçirilmiş iclasında Rusianın idman naziri Vitali Mutkoya avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində başlayacaq Yay Olimpiya Oyunlarına akkreditasiya verilməməsi barədə qərar çıxarıb. Sportfm.az xəbər verir ki, bundan əlavə, yaxın günlərdə Beynəlxalq Anti-dopinq Agentliyinin (WADA) təqdimatı ilə BOK Rusiya komandasının ümumilikdə Olimpiadaya buraxılmaması məsələsinə baxacaq. Buna səbəb kimi 2014-cü ilin Soçi Qış Olimpiya Oyunlarında rusiyalı idmançıların kütləvi şəkildə dopinqdən istifadə etmələri göstərilir. Qərb mətbuatının yazdığına görə, bu işə Rusiya hökumətinin yüksək trütbəli şəxsləri də qarışıblar və onlar idman məmurlarına nəyin bahasına olursa olsun, Soçidə medalların ümumi sayına görə birinci olmağı tapşırıblar. Rusiya ona qarşı irəli sürülən bu ittihamları rədd edir və baş verənlərin birgə araşdırılmasını təklif edir.

Xatırladaq ki, Rusiyanın yüngül və ağır atletika yığmaları artıq Olimpiya Oyunlarından xaric edilib.

Oxşar xəbərlər

Rusiyaya beynəlxalq idman tədbirləri qadağan edilə bilər - ŞOK
İdman Arbitraj Məhkəməsi Beynəlxalq Olimpiya Komitəsinin qərarını ləğv etdi
Olimpiadaya SSRİ-nin rəmzləri ilə yollana bilərlər!
Arşavin: "Həyat haqsızlıqlarla doludu"
Rusiya üçün şok qərar: Olimpiadaya buraxılmırlar...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər