Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Media kuboku-2016”nın qalibi məlumdur - FOTO
22 iyul Milli Mətbuat və Jurnalistika gününə həsr edilən KİV-lər arasında mini-futbol üzrə "Media Kuboku-2016” turnirinə yekun vurulub. Aguatic Palace-da(Su idmanı sarayı)KATV 1-in təşkilatçılğı ilə keçirilən yarışda müvafiq olaraq A və B qruplarında 4 komanda olmaqla Lider TV, İctimai TV, Sportfm, İdman Azərbaycan, Jurnalist United, Press Team, Space TV və Rio-2016 kollektivləri mübarizə aparıb. 18 iyulda turnirin ilk günü qrup mərhələsinin matçları sonunda "Media kuboku-2016”nın yarımfinalçıları müəyyənləşib. Belə ki, A qrupunda "Rio-2016” və "Press Team” komandaları müvafiq olaraq 1-ci və 2-ci sıranı tutublar. B qrupunda "İdman Azərbaycan” bütün rəqiblərini arxada qoyaraq qrup birincisi olub, "Sportfm”-çilər isə ikinci pillədə qərarlaşaraq yarımfinala adlayıb. Yarımfinal görüşlərindən sonra "Sportfm” və "Press Team” finalda qarşı-qarşıya gəlib. Gərgin keçən oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Oyunsonrası penaltilər seriyasında isə daha dəqiq olan(5:4) Sportfm komandası "Media kuboku-2016”-ya sahib çıxıb. Hər kəsin rəğbətini qazanan Press Team 2-ci, İdman Azərbaycan isə 3-cü olub. Həmçinin, yarışda müxtəlif nominasiyalar üzrə qalib adını qazananlar məlum olub. 7 qol vuran Lətif Qədimov(İdman Azərbaycan) "Media kuboku-2016”nın ən məhsuldar oyunçusu ünvanını əldə edib. Press Team kollektivinin qapıçısı "ən yaxşı qapıçı”, Rio-2016-nın üzvü Nurani İsgəndərov isə "ən yaxşı oyunçu” adını qazanıb. Qaliblərə və nominantlara turnirin sponsoru olan Baksell və United Sports şirkətinin xüsusi hədiyyələri təqdim edilib. Həmçinin "Media kuboku-2016”nı təşkil edən KATV 1 şirkətidə qaliblərə qiymətli hədiyyələr verib.





Oxşar xəbərlər
“Bahar Kuboku 2024” başa çatdı
Bakının "Sovetski" komandası rusiyalılarla eyni qrupda
“Media kuboku-2016”da yarımfinalçılar məlumdur - FOTOLAR
"Media Kuboku-2016"nın püşkü atıldı-NƏTİCƏLƏR
Amerika Kuboku: İlk finalçı məlum oldu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası