reklam
Rəşad Sadıqov məğlubiyyəti şərh etdi:
Sportfm.az xəbər saytı

Rəşad Sadıqov məğlubiyyəti şərh etdi:Təəssüf ki...


Futbol üzrə 21 yaşadək yığma komandamızın baş məşqçisi Rəşad Sadıqov dünən Kosovo ilə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində səfərdə keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Sportfm.az xəbər verir ki, gənc mütəxəssis AFFA-nın “facebook” səhifəsinə bunları deyib:

“Müsbət nəticə gözləyirdik. Burdan yaxşı nəticə ilə ayrılmaq istəyirdik. Bu istəklə də oyuna hazırlaşmışdıq. Əslində, futbolçular pis mübarizə aparmadılar. İstəkli idilər, çalışırdılar ki, yaxşı nəticə olsun. Təəssüf ki, sonda məğlub olduq. Buraxdığımız kiçik səhvlərdən rəqib yaxşı istifadə etdi. İşimiz çoxdu, işləməliyik. Qarşıdakı oyunda çalışacağıq ki, daha yaxşı oynayaq və uğurlu nəticə qazanaq”.

Xatırladaq ki, Kosovo – Azərbaycan qarşılaşması 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Milli komandamız martın 27-də səfərdə İrlandiya yığması ilə qarşılaşacaq.
 

Oxşar xəbərlər

“Çalışacağıq ki, həmin oyunda daha yaxşı çıxış edək” - Rəşad Sadıqov
"Qarşıma hansısa hədəf qoymağı sevmirəm" - Rəşad Sadıqov
Obradoviç biabırçı məğlubiyyəti şərh etdi: "Futbolçulara deyəcək sözüm yoxdur"
"Avropa Liqasında ən yaxşı oyunlarımızdan birini keçirdik” - Rəşad Sadıqov
Maksim Medvedev: "Kosovo 2-3 ildən sonra bizimlə yox, daha reytinqli komandaların liqasında olacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər